"United Airlines" şirkətinin Çikaqodan Orlandoya uçan UA2323 reysi sərt eniş edib
Ucnoqta.az xəbər verir ki, ABŞ-da sərnişin təyyarəsinin burun mexanizmi sərt eniş zamanı qopub.
Məlumata görə, güclü külək təyyarənin eniş zamanı sıçramasına səbəb olub, bundan sonra sağ burun mexanizmi qopub.
Təyyarə uçuş-enmə zolağını keçə bilməyib. Təxminən 200 sərnişin və altı heyət üzvü təxliyə edilib və avtobuslarla terminala aparılıb. Xəsarət alan olmayıb.
Hadisə ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən araşdırılır.