Azərbaycanda yumurtanın qiyməti 50 qəpiyədək BAHALAŞDI

09:46 - 15 Dekabr 2025 - ÖLKƏ İÇİ

Broyler toyuqlarının yumurtasının qiyməti artıb.

Ucnoqta.az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərdə son bir neçə gündə 5-7 qəpik artım müşahidə olunur.

Satıcılar qiymət artımını müxtəlif səbəblərlə əlaqələndirirlər. Alıcılar da qiymətin artdığını təsdiqləyirlər.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, broyler toyuqlarının yumurtasının bahalaşmasının bir səbəbi də tələbatın artmasına görədir.

Qeyd edək ki, kənd yumurtasının qiyməti isə 50 qəpiyə kimi artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər xətti