Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasını qəbul edib.
Ucnoqta.az xəbər verir ki, Ayxan Abbasovun komandası doğma meydanda ənənəsinə sadiq qalaraq növbəti dəfə məğlub olub. Belə ki, oyun zamanı heç nə ilə yadda qalmayan Azərbaycan futbolçuları 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək.
DÇ-2026, seçmə mərhələ, 5-ci tur
13 noyabr
D qrupu
21:00. Azərbaycan - İslandiya - 0:2
Qol: Albert Qvüdmündsson, 20, Sverrir İqnason, 39
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)
Bakı, 8-ci km. stadionu