Türkiyədəki səfirliyimiz bayram günlərində işləməyəcək

13:52 - 16 Mart 2026 - Xəbər

Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.

Xəbər xətti