Fələstin HƏMAS hərəkatı və onun müttəfiqi olan radikal İslam Cihadı qrupu Qəzza zolağında daha bir İsrail girovunun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
Ucnoqta.az xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları yayıb.
Həkimlərin cəsədi yerli vaxtla saat 21:00 radələrində alacağı qeyd olunub.