Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanının hava hərəkətinin idarə edilməsi (ATC) sistemində nasazlıq yaranıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat verib. Nəticədə bu, son saatlarda təxminən 100 uçuşun təxirə salınmasına səbəb olub.
Uçuş izləmə veb saytı Flightradar24-ə görə, Dehli hava limanında uçuşlar təxminən 50 dəqiqə gecikir.