Rumıniya Norveçdən 18 ədəd F-16 qırıcı təyyarəsi alıb

21:49 - 3 Noyabr 2025 - DÜNYA

Rumıniya ilə Hollandiyadan 18 ədəd F-16 qırıcı təyyarəsi almaq üçün hökumətlərarası müqavilə Buxarestdə imzalanıb.

Ucnoqta.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi bu barədə məlumat verib.

Hazırda Feteştidəki F-16 qırıcı pilotlarının təlim mərkəzində yerləşən təyyarə simvolik 1 avro qiymətinə Rumıniya dövlətinə təhvil veriləcək. Lakin bu qiymətə təyyarənin elan edilmiş dəyəri əsasında hesablanmış 21 milyon avroluq ƏDV və 100 milyon avroluq logistika dəstəyi paketi əlavə olunacaq.

Təyyarələr yalnız mərkəzdə pilot təlimi üçün nəzərdə tutulub və Rumıniyadan NATO və tərəfdaş ölkələrdən olan pilotlar üçün müəyyən sayda təlim yeri təmin etmək tələb olunur.

Xəbər xətti