"Qarabağ"-"Çelsi" oyununun hakimləri məlum oldu

13:32 - 3 Noyabr 2025 - İDMAN

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununun təyinatları müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastian Gishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Schreiner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Schuettengruber, AVAR-da Josef Spurny əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Xəbər xətti