ABŞ Dövlət Departamenti Finlandiyaya 1,07 milyard dollara AIM-120D-3 orta mənzilli hava-hava raketlərinin və əlaqədar logistikanın potensial satışını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Finlandiya hakimiyyəti bundan əvvəl ABŞ-dan bu tipli 405 raket və müxtəlif əlaqəli sistemlər tələb etmişdi.
Sənəddə vurğulanır ki, “təklif edilən satış NATO müttəfiqinin müdafiəsini gücləndirməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”.
Agentlik hesab edir ki, potensial sövdələşmə Finlandiyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.
ABŞ administrasiyası sözügedən silahların mümkün satışını təsdiqləmək qərarına dair Konqresə artıq məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və bəlkə də onu bloklamaq üçün 30 günü var.