Aİ-dəki ukraynalı qaçqınların sayı 4,34 milyon nəfərə çatıb

14:27 - 10 Sentyabr 2025 - DÜNYA

Avqustun 1-nə Ukraynadan Avropa İttifaqına daxil olan qaçqınların sayı 4,34 milyon nəfər təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının statistika agentliyi - Eurostat məlumat yayıb.

İyul ayı ərzində onların sayı 28,7 min nəfər və ya 0,7% artıb.

Onların əksəriyyəti Almaniyada - 1,2 milyon, Polşada - 993 min və Çexiyada - 380 mindir.

Xəbər xətti