ABŞ senatoru Lindsey Qrehem (Cənubi Karolinadan olan respublikaçı, Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilib) ABŞ prezidenti Donald Trampın Rusiya neftini alan ölkələrə 100% rüsum tətbiq etmək planlarını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, Fox News telekanalının efirində deyib.
"Tramp Rusiya neftini alanlara rüsum tətbiq edəcək. Çin, Hindistan və Braziliya - bu ölkələr ucuz rus neftinin təxminən 80%-ni alırlar. Prezident Tramp bu ölkələrin hamısına 100% rüsum tətbiq edəcək", - Lindsey Qrehem deyib.
Qrehemin fikrincə, bu ölkələr Amerika iqtisadiyyatı ilə Rusiya arasında seçim etməli olacaqlar.