Texniki işçilərə maşınını yudurdan 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.
Ucnoqta.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) məlumatı təsdiqləyib.
Bakıda direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində xadimələrin yuması ilə bağlı videogörüntülər sosial şəbəkələrdə bir müddət əvvəl yayılmışdı.