İllinoys ştatının Çikaqo şəhərində gecə klubunun qarşısında baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 2-də axşam saatlarında şəhərin mərkəzində baş verib. İlkin məlumata görə, kluba gələnlər küçəyə çıxan zaman naməlum şəxslər avtomobildən atəş açıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.