İran hakimiyyəti mülki aviasiyaya ölkənin hava məkanında uçuş qadağasını iyunun 26-da yerli vaxtla saat 14:00-a qədər uzatmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Axavan “Mehr” agentliyinə deyib.
Onun sözlərinə görə, son hadisələrlə əlaqədar olaraq, sərnişinlərin və uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə ölkənin hava məkanı cümə axşamı saat 14:00-dək bağlanacaq.