“Mənim üçün bu ağır günlərin sonu xeyirlə başa çatdı”

23:22 - 25 İyun 2025 - Cəmiyyət

Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhəti normallaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında paylaşım edib:

“Mənim üçün bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa olunuram.

Narahat olan, dua edən, maraqlanan hər kəsə, tibb personalına, bütün vəziyyəti nəzarətdə saxlayan bacım Dilarə Əliyevaya təşəkkür edirəm. Ölüm gözlə qaş arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi, məni silkələdi. Bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacam”. 

Qeyd edək ki, bir neçə gün öncə beyninə qan sızan aktyor reanimasiyaya yerləşdirilmişdi.

Xəbər xətti