Tovuzda qidadan zəhərlənən digər şəxslərin adları məlum olub.
"Report" xəbər verir ki, onlar 2012-ci il təvəllüdlü Qədir Yusofov,1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.
Qeyd edək ki, zəhərlənənlərin sayı 26 nəfərə çatıb.
19:38
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 20 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
18:43
Tovuzda kütləvi zəhərlənmə olub.
Ucnoqta.az xəbər verir ki, rayonda 12 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onların içərisində azyaşlılar da var.
İlkin ehtimala görə, onlar dönərdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.