Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
FHN Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
13:58
Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfər batıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.