İsrail Hərbi Hava Qüvvələri yenidən İranın qərbindəki Kirmanşah şəhərinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, ilkin məlumata görə, şəhərdən kənarda yerləşən İmam Həsən hərbi bazası raket zərbəsinə məruz qalıb. Göydə nəhəng tüstü sütunu görünür.
İsrail Hərbi Hava Qüvvələri son bir saat ərzində İranın qərbindəki raket saxlama və buraxılış infrastruktur obyektlərinə əlavə zərbələr seriyasını tamamlayıb.