Rusiya Kiyev və Odessa vilayətinə güclü zərbələr endirib

00:13 - 13 May 2025 - DÜNYA

Rusiya qoşunlarının Ukraynadakı hərbi obyektlərə kütləvi zərbələri Kiyev və Odessa vilayətində böyük yanğınlara səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tsarqrad” məlumat yayıb.

Məlumata görə, vurulan hədəflər arasında hava hücumundan müdafiə qərargahı, "Arsenal" zavodu və Ukrayna Hərbi Dəniz Qüvvələrinin logistika mərkəzləri olub.

Kiyevdə silah anbarında baş verən yanğın şəhərin tüstü ilə dolmasına səbəb olub.
Odessa vilayətində yanacaq-sürtkü materialları olan anqarlar (yanğın sahəsi 200 kv.m idi) və Ukrayna Hərbi Dəniz Qüvvələrinin Malodolinskoye və Aleksandrovkadakı təlim mərkəzləri məhv edilib.

Xəbər xətti