Alfonso Dominges tənqidlərə cavab verdi: "Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm"

12:05 - 11 Avqust 2024 - Xəbər

“Paris-2024” Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Loren Alfonso Domingesin paylaşımı birmənalı qarşılanmayıb.

Ucnoqta.az xəbər verir ki, boks yarışlarında gümüş mükafat qazanan kubalı idmançı tənqidlərə sosial şəbəkə hesabında belə cavab verib:

“Bəli, bilirəm ki, əcnəbiyəm, amma Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm və sizin ölkəniz üçün etmədiyinizi edib, Azərbaycan bayrağını yüksəklərə qaldırmışam. tamam,tamam,tamam” - deyə cavab verib.

Onun tənqidlərə bu cür reaksiyası isə izləyicilər tərəfindən müzakirələrə səbəb olub.


Xəbər xətti