İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

10:28 - 29 Aprel 2024 - Xəbər

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhədçiləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

Ucnoqta.az xəbər verir ki, hadisə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti