Çexiya Ukraynaya yardım üçün Almaniyadan "Leopard 2A4" tankı ala bilər

00:02 - 22 Fevral 2024 - DÜNYA

Praqa Ukraynaya hərbi yardıma görə təşəkkür olaraq Berlindən 15 Leopard 2A4 tankı ala bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş naziri Petr Fiala məlumat verib.

Çexiya Ukraynaya, o cümlədən, 62 tank, 131 piyada döyüş maşını, 6 helikopter və 16 hava hücumundan müdafiə sistemi təhvil verib. Bu ölkəni dəstəklədiyinə görə respublika ümumilikdə 19 milyard kron (təxminən 900 milyon dollar) məbləğində təzminat alıb. 2 milyard kron (təxminən 85 milyon dollar) Avropa İttifaqından, 7 milyard kron (təxminən 300 milyon dollar) ABŞ-dan gəlib.

Xəbər xətti