Daha iki İsrail hərbçisi Qəzzada həlak olub

08:00 - 4 Dekabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşması ilə döyüşlərdə daha iki əsgərin öldüyünü və bununla da İDF itkilərinin ümumi sayının 398-ə çatdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun Qəzza zolağının şimalında gedən döyüşlərdə radikallara qarşı davam edən əməliyyatı zamanı daha iki əsgər həlak olub, bununla da İDF-nin qurudan hücumu başlayandan bəri həlak olan hərbçilərin sayı 72-yə çatıb.

Fələstin-İsrail münaqişəsinin son gərginliyi zamanı İDF itkilərinin ümumi sayı 398 nəfər təşkil edib.

Xəbər xətti