İnsan yüz ildən çox yaşaya bilərdi, əgər …

02:06 - 4 Dekabr 2023 - MARAQLI

İnsanlar dinozavrlar səbəbindən uzunömürlü genlərdən məhrum olublar. İnsan əcdadları dinozavrların yemi olmamaq gecə həyat tərzi keçirəndə qocalma əleyhinə mühüm molekulları “itiriblər”. 

Ucnoqta.az xəbər verir ki, tədqiqat BioEssays jurnalında dərc olunub.

Məməlilərin (insanlar da daxil olmaqla) və sürünənlərin nə qədər tez qocalması arasında nəzərəçarpacaq fərq var. Birmingem Universitetindən alim João Pedro de Magalhães, bu uyğunsuzluğun milyonlarla il əvvəl, məməlilərin inkişafında kritik bir dövrdə dinozavrların hökmranlığı ilə bağlı ola biləcəyini irəli sürüb.

Araşdırmada qeyd olunur ki, dinozavrlar dövründə insan əcdadları ultrabənövşəyi işığın vurduğu zədələri bərpa edən fotoliazları, fermentləri itirmiş kimi görünür. Bu itki məməlilərin gecə həyat sürməsi səbəbindən baş vermiş ola bilər.

Həmçinin, dinozavrların dövründə məməlilərin uzun yaşamaqdansa, tez çoxala bilməsi daha vacib idi. Buna görə də təbii seçmə uzunömürlülüklə əlaqəli genlərin itirilməsinə səbəb olub.

Bu, sadəcə bir fərziyyə olsa da, gələcəkdə xərçəngin məməlilərdə niyə daha çox yayıldığını izah etmək mümkün ola bilər. Bundan əlavə, qocalmağa səbəb olan faktorların daha yaxşı başa düşülməsi demans və insult da daxil olmaqla, yaşa bağlı xəstəliklərlə mübarizəni yaxşılaşdıra bilər.

Xəbər xətti