“Jurnalistlərin 3-cü binası”ndakı mənzillər şəhid ailələrinə paylandı - Nazirlik TƏSDİQLƏDİ

12:47 - 30 Noyabr 2023 - Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.

Bu barədə nazirlik məlumat yayıb. 

Modern.az saytı həmin binanın jurnalistlər üçün tikilən 3-cü bina olub-olmadığını dəqiqıləşdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əməkdaşımızla söhbətdə mənzilləri bölüşdürülən binanın jurnalistlər üçün tikilən 3-cü bina olduğunu təsdiqləyib.

“Bəli həmin binadan 250 mənzilin sənədləri 4 saylı DOST Mərkəzində şəhid ailələrinə və müharibə əlillərinə təqdim edildi”, - F.Talıbov deyib.

Qeyd edək ki, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən binada 255 mənzil var. 

Xəbər xətti