Azərbaycan hərbçisi yolu azaraq Ermənistan sərhədini keçib
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, ötən gün dumanda yolu azaraq sərhədi keçən Azərbaycan hərbçisi Sisianın Aşotavan kəndində saxlanılıb.
Məlumata görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
Ermənistan MN hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, ikinci azərbaycanlı hərbçinin axtarışları davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iki hərbçimizin itkin düşdüyü barədə məlumat yayıb. Məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.
Erməni teleqram kanallarında görüntülər yayılıb: