Pentaqon Qara dənizə düşən "Reaper" pilotsuz təyyarəsi və rus qırıcısı ilə insidentin videosunu yayıb.
Ucnoqta.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Qara dəniz üzərində qəzaya uğrayan Amerikanın MQ-9 Reaper kəşfiyyat pilotsuz təyyarəsinin kamerasından rus qırıcısının pilotsuz uçan aparatın üzərindən uçuşunu əks etdirən videonu yayıb və bundan sonra çəkiliş başa çatır.
Xatırladaq ki, Rusiyanın Su-27 təyyarəsi Qara dəniz üzərində ABŞ-nın MQ-9 Reaper PUA ilə toqquşub. PUA beynəlxalq sulara düşüb.