Türkiyənin Adıyaman vilayətində xilasedicilər 197 saat dağıntılar altında qalan 18 yaşlı Məhəmməd Çətin adlı yeniyetmənin xilas edilməsi üçün çalışırlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı TRT telekanalı canlı yayımda məlumat verir.
Axtarış-xilasetmə əməliyyatında iştirak edən şaxtaçılar gecə saatlarında 6 mərtəbəli binanın dağıntıları altından səs eşidiblər. Onlar bir neçə saat ərzində gənci beton qalaq altından çıxarmaq üçün ona yol açdılar.
Bildirilir ki, Muhammet çökmə zamanı binanın üçüncü mərtəbəsində olub. Xilasedicilər 198 saat sonra Məhəmməd Çətini dağıntılar altından xilas ediblər.
Adıyaman'da yıkılan binanın enkazında kalan 18 yaşındaki Muhammed Cafer Çetin, 198 saat sonra kurtarıldı https://t.co/A33TnsXzVf pic.twitter.com/6JEgrZVnlG — ANADOLU AJANSI (@anadoluajansi) February 14, 2023