Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili İmişli rayonunda vətəndaş qəbulu keçirib.
Ucnoqta.az xəbər verir ki, qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına tapşırıqlar verib.
Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən vətəndaş qəbulu hər həftənin çərşənbə axşamı günü saat 15:00-dan 17:00-dək keçirilir. Qəbulda iştirak etmək istəyən şəxslər əvvəlcədən 146-0-6 Çağrı mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.