Qobustanda azyaşlı dərmandan zəhərləndi 

16:13 - 17 Aprel 2026 - Xəbər

Qobustan rayonunda azyaşlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az Milli.az-a istinadən xəbər verir ki, 2023-cü il təvəllüdlü Elcan Qənizadə yaşadığı evdə dərman qəbulundan sonra zəhərlənib. O, dərhal tibbi müəssisəyə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, uşağın vəziyyəti orta-ağırdır və müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti