Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) penalti zərbələri qaydalarını dəyişə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Məlumata görə, top oyun sahəsinə daxil olduqdan sonra və ya qapıçının seyvindən sonra penalti zərbəsini yerinə yetirənlərə təkrar zərbəni qadağan etmək planlaşdırılır. Bununla belə, mövcud qayda dəyişikliyi top qapı çərçivəsinə dəydikdən sonra hansı proseduru yerinə yetirəcəyini müəyyən etmir.
Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməlidir, bundan sonra praktiki sınaqdan keçməlidir.