Finlandiya prezidenti Aleksander Stubb Qərb ölkələrinin “Rusiya ilə müharibə vəziyyətində” olmadığını bəyan edərək, Aİ ölkələrini hava məkanlarında naməlum hədəfləri məhv etmək qərarına gəldikdə sakit olmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, o, CNN telekanalına verdiyi müsahibədə deyib.
Finlandiya prezidenti ölkəsinin hava hədəflərini vurmayacağını da bəyan edərək, belə hallar üçün “xüsusi protokol” olduğunu vurğulayıb.
O bildirib ki, yalnız Hərbi Hava Qüvvələri komandanlığı bir sıra yoxlamalardan sonra belə qərarlar verə bilər.