Avropa liderləri Zelenski və Trampın görüşünü monitorlardan izləyiblər

23:10 - 18 Avqust 2025 - DÜNYA

Ağ Evə gələn Avropa ölkələrinin liderləri ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasında keçirilən görüşü monitorlar vasitəsilə izləyiblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın Sky News telekanalının müxbiri Mark Stoun məlumat verib.

"Onlar baxırdılar. Mən təsdiq aldım ki, onların Ağ Evdə olduqları otaqda monitorlar olub", - Stoun bildirib.

Amerika lideri ilə görüş üçün Zelenski ilə yanaşı, Ağ Evə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliyanın baş naziri Giorgia Meloni, Finlandiya prezidenti Aleksandr Stubb, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte gəlib.

Xəbər xətti