Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi Vüsal Eynullayev vəzifəsindən azad edilib.
Ucnoqta.az PostMedia-ya istinadla xəbər verir ki, onun yerinə bu vəzifəyə Camal Qasımov təyin edilib.
Bu təyinata qədər Camal Qasımov Vergi Auditi Baş İdarəsinin rəisi olub.
İdarəyə Abbas İsmayilov rəis təyin edilib.
Xatırladaq ki, Camal Qasımov iqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur.