İspaniyanın Kastilya və Leon muxtar icmasında baş verən meşə yanğını YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Las-Medulas təbiət ərazisinin bir hissəsini əhatə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik məqsədilə bir neçə bələdiyyədən 800-ə yaxın insan təxliyə edilib.
Yanğın avqustun 9-da baş verib və ertəsi gün o, qədim Roma qızıl mədəninin qalıqlarının yerləşdiyi Las Medulaya çatıb. Dəymiş ziyanın həcmi barədə hələlik dəqiq məlumat yoxdur.