Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnama təbrik məktubu ünvanlayıb.
Ucnoqta.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Sinqapur Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Sinqapur ötən dövr ərzində böyük yol keçərək dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş dövlətə çevrilib.
İnanıram ki, Azərbaycan-Sinqapur dostluq əlaqələrini və qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".