Ev təsərrüfatları üzrə məşğulluğun təşviqinə başlanılıb

20:33 - 4 İyun 2025 - Cəmiyyət

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və Regional İnkişafın Dəstəklənməsi ictimai birliyi tərəfindən icra edilən “Regionda ev təsərrüfatları üzrə məşğulluğun təşviqi” layihəsinə start verilib.

Layihə çərçivəsində ilk təlim Cəlilabad rayonunda təşkil edilibdir. 

Tədbiri giriş sözü Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vəliağa Məmmədov açaraq gələn qonaqları və iştirakçıları salamlayıbdır. Ev təsərrüfatlarında məşğulluğun peşə sahələri ilə bağlı olduğunu və regionlarda bu fəaliyyətə xüsusi diqqətin yetirildiyini qeyd edibdir.

Daha sonra layihə rəhbəri Rafət Şirəliyev çıxış edərək layihənin donoru və məqsədləri haqqında məlumat veribdir. O qeyd edibdir ki, layihə 3 ay müddətində Cəlilabad, Biləsuvar, Astara, Lənkəran və Masallı rayonlarında yaşayan 100-dən çox şəxsləri əhatə edəcəkdir. Layihənin əsas məqsədi regionlarda məşğulluğunun artırılmasına və əsasən kənd yerlərində ev təsərrüfatlarında sahibkarlıq fəaliyyətinin qurulmasına töhfə verməkdir.

Layihənin eksperti Rəşad Dadaşov layihənin ölkə əhəmiyyətli olması və mövzunun 2022-2026 sosial iqtisadi inkişaf planında xüsusi yer almasını qeyd edibdir.

Layihə üzrə təlimçi Samir Salayev iştirakçılarla interaktiv təlim təşkil edibdir. Belə ki, ev təsərrüfatları, özünəməşğulluq, regionun imkanları, sahibkarlıq və s. mövzular üzrə təqdimat, fərdi və qrup işləri həyata keçirilibdir.

Tədbirdə iştirak edənlərə sertifikatlar təqdim edilibdir.

Xəbər xətti