Çexiyada leysan və güclü külək 34 mindən çox evi işıqsız qoyub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.
Elektrik enerjisi ilə bağlı əsas problemlər Praqaya bitişik Mərkəzi Çexiya regionunda və respublikanın şimalında yerləşən Qradec Kralove bölgəsində qeydə alınıb. Bəzi yerlərdə yıxılan ağaclar dəmiryol relslərində tıxaclar yaradıb.
Eyni zamanda texniki xidmətin əməkdaşları elektrik xətlərində yaranmış zədələri aradan qaldırırlar. Məlumata görə, elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilir və daha heç bir fasilə yoxdur.