Toburo Demokrat Partiyasının prezidentliyə namizədi Li Jae-Munq bülletenlərin 100%-i işləndikdən sonra 49,4% səs toplayaraq seçkilərdə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Səsvermə bülletenlərinin təxminən 95%-i işləndikdən sonra Cənubi Koreya mediası artıq Li Jae-Munqun qələbəsinin təmin olunduğunu bəyan edib, çünki qalan bülletenlərin sayı iki aparıcı namizəd arasındakı fərqi keçməyib.
Hakim mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su bülletenlərin 100%-i işləndikdən sonra 41,1% səs toplayıb.
Cənubi Koreya nəşrləri qeyd edib ki, Li Jae-Munq səlahiyyət müddəti MSK sədri plenar iclasda seçilmiş prezidenti elan etdikdən sonra başlayacaq.