Paytaxtda mobil telefon oğruları saxlanılıb

13:02 - 16 May 2025 - HADİSƏ

Paytaxtın Nəsimi rayonunda müxtəlif şəxslərə məxsus mobil telefonlar oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Şahsuvarov, 31 yaşlı Ü.Abbaslı və bir qadın saxlanılıblar.

Binəqədi rayonunda avtoyuma məntəqələrinin birindən isə 300 manat pul və mobil telefon oğurlayan 28 yaşlı H.Hüseynzadə saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

Xəbər xətti