ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir - Rubio

07:09 - 12 May 2025 - DÜNYA

ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.

Hindistan və Pakistan arasında gərginləşən münaqişəni müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlaması və təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar.
"Dövlət katibi ABŞ-nin Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və kommunikasiyaların yaxşılaşdırılması üçün davamlı səyləri təşviq edib", - bəyanatda deyilir.

Xəbər xətti