Əfqanıstan hakimiyyəti şahmat oyununu qeyri-müəyyən müddətə qadağan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi Əfqanıstan hökumətinin “Taliban” hərəkatının yaratdığı departamentlərə istinadən məlumat yayıb.
Məlumata görə, şahmatın qadağan edilməsi ilə bağlı qərar “dini mülahizələrə” və Fəzilətin Təbliği və Pisliklərin Qarşısının Alınması Nazirliyi tərəfindən qoyulan məhdudiyyətlərə görə verilib.
Əfqanıstan Şahmat Federasiyası bağlanıb və idmanla bağlı bütün tədbirlər ləğv edilib.
Agentlik xəbər verir ki, İdman Nazirliyinin nümayəndələri qadağanın tətbiqini təsdiqləyiblər.