İsrailin Qəzza zolağının şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının şimalında yerləşən Cəbəliyyədə qızlar məktəbinin binasına silsilə zərbələr endirib. Partlayış nəticəsində içəridə uşaqlar da daxil olmaqla ən azı 15 qaçqın həlak olub.
Telekanal həmçinin bildirir ki, son 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr və reydlər zamanı azı 40 fələstinli ölüb, 80-dən çox fələstinli yaralanıb. İsrail-Fələstin münaqişəsinin 2023-cü ilin oktyabrında artmasından bəri bölgədə ölənlərin ümumi sayı 52,829-a, döyüşlərdə daha 119,554 fələstinli yaralanıb.