Azərbaycanla Pakistan arasında memorandum təsdiqləndi

16:16 - 6 May 2025 - Xəbər

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu təsdiqlənib.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Xəbər xətti