Gömrük postlarında 800-ə yaxın yük avtomobili gözləyir

18:30 - 6 May 2025 - AVTO

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 450-yə yaxın avtomobil gözləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 98, Biləsuvar gömrük postunda 125, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 87 yük maşını var.

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

Xəbər xətti