Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun özü “Chechnya Today” xəbər agentliyinə açıqlamasında bildirib.
Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib. Nəşrin jurnalistlərinə verdiyi şərhdə Çeçenistan rəhbəri öz varisini də müzakirə edib.
"Mən özüm də vəzifəmdən azad olunmasını xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək", - deyə Kadırov bildirib.
Çeçenistan rəhbəri səlahiyyətlərinin götürülməsini konkret olaraq kimin tələb etdiyini açıqlamayıb.