Neftin qiyməti ucuzlaşıb

07:33 - 30 Aprel 2025 - İQTİSADİYYAT

Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyul ayı üçün fyuçerslərinin qiyməti 11 aprel 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 63 dollardan aşağı düşüb.

Ucnoqta.az birjanın məlumatına əsasən xəbər verir ki, Brent markalı neftin qiyməti bir barel üçün 62,82 dollara (-1,92%), 2025-ci ilin iyun ayında WTI-nin fyuçersləri isə 2,81% azalaraq 59,93 dollar/barelə düşüb.

Xəbər xətti