Orqanizmdəki bu ağrılara diqqət! İnfarkt əlaməti ola bilər

06:23 - 30 Aprel 2025 - DİGƏR

Sinə, bel, çənə və ya mədə ağrıları adətən gərginliklə artır, istirahətlə azalır. Belə ağrıların olması ürək xəstəliyini xəbər verməlidir. Beləliklə, infarkt diaqnozu necə qoyulur? 

Ucnoqta.az xəbər verir ki, kardioloq Halil Akın infarktın bütün yaş qruplarında görülə biləcəyini və erkən tədbirlər görmənin həyati əhəmiyyət daşıdığını vurğulayır.
Açıqlamaya görə, sənət, siyasət və idman dünyasından bir çox adın ani ürək problemləri ilə gündəmə gəldiyi bir vaxtda mütəxəssislər infarktlara qarşı xəbərdarlıq edirlər.

Akın infarktın ən çox görülən əlamətinin sinə içində təzyiq, narahatlıq, sıxılma və ya əzilmə ağrıları olduğunu və bu ağrının sol qola, çiyin, boyun, çənə və ya kürəyə yayıla biləcəyini qeyd edib.

Nəfəs darlığı, ürəkbulanma və tərləmə kimi şikayətlərlə də müşayiət oluna bilər. Bəzən həzmsizlik, mədə yanması kimi məsum simptomlarla özünü göstərə bilər".
İnfarkt riskini artıran əsas faktorların yaş, cins və ailədə ürək xəstəliyi öyküsü olduğuna diqqət çəkən Akın, 45 yaşın xüsusilə kişilər üçün, menopoz sonrası dövrün qadınlar üçün riskli olduğunu vurğulayır.

Akın siqaret, qeyri-sağlam qidalanma, hərəkətsizlik, həddindən artıq spirt istehlakı və maddə istifadəsinin infarkt keçirməyə çağırdığını, diabet, obezite, yüksək təzyiq və yüksək xolesterin kimi sağlamlıq problemlərinin də risk faktorları arasında olduğunu qeyd edib.

Xəbər xətti