Elariz evini təcili satışa çıxardı

11:04 - 13 Sentyabr 2019 - Xəbər

Bir müddət əvvəl “Greencard” udaraq Amerikaya köçən müğənni Elariz Məmmədoğlu Bakıdakı evini satır.

“Qafqazinfo” xəbər verir ki, o, paxtaxtın Binə qəsəbəsi ərazisində yerləşən üçotaqlı mənzilini satışa çıxarıb. Bu barədə instaqram səhifəsində paylaşım edən ifaçı iki sot ərazidə tikilən evi 25 min manata təklif edib. Ancaq buna baxmayaraq, həmin paylaşımın reklam xarakterli olduğunu düşünənlər var.

“Qafqazinfo” Elarizin qeyd etdiyi nömrələrlə əlaqə saxlayıb. Bildirilib ki, həqiqətən də ev sənətçiyə məxsusdur və təcili satılır.

Xəbər xətti