Bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən Ucnoqta.az-a verilən məlumata görə, məhdudiyyətə səbəb orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılmasıdır.